Böyük Britaniya Avropa Birliyindən çıxsa nə baş verəcək?

0
511

Böyük Britaniyanın Avropa Birliyindən (AB) çıxması AB-nin Şərqi Avropadakı üzvləri üçün “domino effekti” yarada bilər.

 

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Lüksemburqun Xarici İşlər Nazirliyinin başçısı Jan Asselborn bildirib.

 

“Brexit”in (Britaniyanın AB-dən çıxmaşı – red.) Şərqi Avropada “domino effekti”nə gətirib çıxaracağını istisna etmək olmaz”, – o, “EurActiv” portalına müsahibəsində deyib.

 

Asselbornun fikrincə, Böyük Britaniyanın baş naziri Devid Kameronun referendumla bağlı qərarı tarixi səhvdir.

 

Xatırladaq ki, Böyük Britaniyanın AB-də üzvlüyü haqqında referendum iyunun 23-də keçiriləcək.

 

BIR CAVAB BURAXIN