Boliviyada etirazçılar DİN rəhbərinin müavinini döyərək öldürüblər

0
574

Boliviya daxili işlər nazirinin müavini Rodolfo İyanes etiraz edən şaxtaçılar tərəfindən oğurlanaraq öldürülüb.

 

Bunu yerli “Fedecomin” radiostansiyasının direktoru Moyses Flores bildirib.

 

“Röyters”in məlumatına görə, nazir müavini döyülərək qətlə yetirilib. İnsidentin Panduro şəhərində baş verdiyi bildirilir. Moyses Flores məmurun cəsədini şəxsən gördüyünü iddia edib. Ölkənin DİN rəhbəri Karlos Romero  hələlik yalnız Rodolfo İyanesin oğurlandığını etiraf edib.

 

Qeyd edək ki, Boliviyada mədən işçiləri son iki həftə şaxtaçılara dair kooperativlər haqqında qanuna gözlənilən dəyişikliklərə qarşı etiraz edirlər.

Sosial səhifələrdə paylaş

BIR CAVAB BURAXIN