BMT: İran silahları Yəməndə

0
581

BMT Baş katibi Antoniu Quterrişin BMT TŞ-də müzakirəyə çıxarmaq üçün hazırladığı hesabatın bəzi detalları məlum olub.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, hesabatda Yəmənin İran tərəfindən Səudiyyə Ərəbistanına qarşı silahlandırılması ilə bağlı şok faktlar əksini tapıb. Bununla əlaqədar Reuters (Röyter) agentliyinin yazdığına görə, hesabatdakı faktlardan birində Yəmən ərazisində ələ keçirilən silahların 2016-2017-ci illərdə İranda istehsal olunduğu aşkar edilib. Araşdırmalar zamanı “Yer-hava” tipli raketlərin də İran istehsalı olduğu müəyyən olunub. Bundan əlavə bu ilin aprel ayının 11-də Səudiyyə Ərəbistanı ərazisinə atılan 3 ballistik raketin qalıqlarının araşdırılması da onların İran istehsalı olan Qiam-1 olduğu aşkar edilib.

Qeyd edək ki, bu gün BMT TŞ-də məsələ ilə bağlı Quterrişin hesabatı müzakirə edilərək müvafiq qərar qəbul ediləcək.