Bazar, Sentyabr 26, 2021
Ev Gündəm “Bir ayaqqabını 10 il geyinirəm”

“Bir ayaqqabını 10 il geyinirəm”

0
476
"Bir ayaqqabını 10 il geyinirəm" - Elnarə

“Oğluma kiçik toy etdim, pul yığmadım. Milyonçu deyiləm, kasıb adamam. Ad günü və toyu kefindən edirsən. Pulunu yığ, sonra ad günü, toy et. Kiminsə gəlib məclisində pul yazdırmağını güdmək olmaz. Bunu tərgitmək lazımdır”.

“Arazinfo”nun Axşam.az-a istinadən verdiyi məlumata görə, bu sözləri əməkdar artist Elnarə Abdullayeva “10-dan sonra” verilişində deyib.

Muğam ifaçısı bildirib ki, toylarda pul yazdırmağı sevmir:

“Pulu ancaq hüzurda verərlər. Mən yasa gedəndə pul verirəm. İmkanım başımdan aşmır, 1 ayaqqabını on il geyinirəm. Oğluma kiçik toy edəndə pul üçün qutu yığmadım. Miktofonu götürüb hamıya dedim ki, pul yazılmayacaq, qəti. Hamı bir-birinə dəymişdi. İnşallah, oğluma da, qızıma da toy edəndə pul yığmayacam. İndidən onun üçün pul toplamağa başlayıram.

Toy etdin, pul yığdın, sabah Allah canını aldı, borcu kim qaytaracaq? Niyə bu haqqı boynuna yığırsan? Heç kim sabahını düşünmür. Məclisə gedirəm də, pul salıram da… Üç gün toy çaldırırlar, nə edirsən? Hamı özünə elə bir ömür yaşadır ki, elə bil hər şey bunun əlindədir. Axşama kimi yollardasan, maşının aşdı və öldün. Onu kim qaytaracaq. İnsan bu boyda yükün altına girib, o dünyaya getməz. Pulun yoxdur, toy etmə. Niyə kimisə dəvət edəndə, pula görə sıxılmalıdır, getməməlidir. Elə vaxt olur ki, çörək almağa 1 manat tapmıram. Toya dəvət etmisən, nə edim, yazdırmağa pulum yoxdur?”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

19 + twenty =