Beyləqan və Mincəçevir qoturların sayına görə liderdir

0
1407

Dövlət Statistika Komitəsindən açıqlanan sonuncu statistik göstəricilərdə qeyd olunur ki, ötən il ölkə ərazisində 183 nəfər qoturluq xəstəliyinə yoluxub. Arazinfo.com-un Yeniavaz.com-a istinadən verdiyi məlumata görə,  qoturluq xəstəliyinə yoluxan insanların 16,4%-i və 30 nəfəri Bakı sakinləri olub. Qoturluq xəstəliyinə yoluxan digər 153 xəstə ölkənin 28 şəhər və rayonunda qeydə alınıb. İnsanların bu xəstəliyə daha çox Beyləqan rayonunda yoluxduqları müşahidə olunub – 20 nəfər. İkinci yerdə Mingəçevir rayonu qərarlaşıb. Mingəçevirdə 18 nəfərin qoturluğa yoluxduğu bildirilir. Qoturluq xəstəliyi ən az Qazax, Qəbələ, Masallı rayonları və Yevlax şəhəridə müçahidə edilib. Bu rayonların hər birində il ərzində cəmi 1 nəfər qoturluq xəstəliyinə yoluxub.

Qoturluq xəstəliyi qoturluq gənəsi (Sarcoptes scabiei) tərəfindən törədilən xəstəlikdir. Qoturluq dəri xəstəlikləri içərisində ən geniş yayılmış xəstəliklərdəndir. Xəstəlik yoluxucu xarakter daşıyır. Təmas, paltar, yataq vasitəsilə asanlıqla yoluxa bilir.
Qoturluq xəstəliyinin əsas əlaməti qaşınma və dəridə olan səpgilərdir. Səpgilər xırda nöqtə şəklində və cüt-cüt yanaşı durur və qaşıdıqda qanayır. Bu nöqtələr gənənin dəriyə giriş və çıxış yollarıdır. Qaşınma bəzən elə güclü olur ki, xəstənin sinir sisteminə təsir edir. Çox vaxt qaşınmadan dəridə dırnaq yerlərinin izi qalır. Hətta qaşınma yerlərindən dəriyə infeksiya düşüb iltihablaşma da baş verə bilir.

Qoturluğun müalicəsi üçün kükürd məlhəmindən istifadə edilir. Bu məlhəmi 4-6 gün ərzində gündə 1-2 dəfə bədənə sürtürlər. Bütün müalicə günləri alt paltar və yataq camaşırı dəyişilmir və yuyunmaya icazə verilmir. Göstərilən müddət keçdikdən sonra xəstə isti su və sabunla yuyunur və onun alt paltarı, yataq camaşırı dəyişilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

thirteen + 9 =