Belçikada kartinq mərkəzində 70 nəfər dəm qazından zəhərlənib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Soir qəzeti məlumat yayıb.
Hakimiyyət orqanlarının məlumatına görə, beş ağır, 12 orta və daha 50 nəfər isə yüngül zəhərlənib. Zərərçəkənlər yerli xəstəxanalara yerləşdirilib.
Zəhərlənmə kartinq mərkəzindəki havalandırma sistemindəki nasazlıq nəticəsində baş verib.