Belarusa dəstək: Azərbaycan Rusiyanın bazarına girdi

0
681

84 min tondan çox Azərbaycan nefti ilə dolu olan tanker Odessa limanına yan alıb.

 

Bu barədə informasiyanı “Rosbalt” agentliyi Odessa dəniz limanının mətbuat xidmətinə istinadən yayıb. Məlumata əsasən, Azərbaycan nefti buradan dəmiryolu ilə Belarusdakı Mozırsk neftayırma zavoduna çatdırılacaq. Azərbaycan neftini Odessaya Liviya bayrağı altında üzən ALHANİ tankeri çatdırıb. Gəmi Odessaya Supsa limanından yüklənərək yola salınıb.

 

Artıq Belarusun “Belneftexim” konserni də Azərbaycandan neft aldığını təsdiqləyib. Şirkət Belarus neftayırma zavodlarının tam yüklə işləməməsinə görə müxtəlif tədarük variantları üzərində çalışdıqlarını bildirib.

 

Qeyd edək ki, Belarus ilə qaz məsələsində yaranan mübahisəyə görə Moskva bu ilin ikinci yarısından etibarən Minskə neft tədarükünü üç dəfə azaldıb. Tərəflər arasında sonradan razılıq əldə olunub və Minsk rus neftinin tranzitinə qoyduğu yüksək tarifləri ləğv edib.

Axar.az

BIR CAVAB BURAXIN