“Barselona”dan inanılmaz möcüzə

0
399

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab matçı keçirilib. “Barselona” PSJ, “Borussiya” isə “Benfika” ilə qarşılaşıb.

 

“Barselona”nın PSJ-yə ilk oyundakı ağır məğlubiyyətdən (0:4) sonra bu oyunda möcüzəni reallaşdıracağı inanılmaz olsa da, katalonlar bunu bacardılar. Oyuna qolla başlayan Luis Enrikenin yetirmələri 3:0-dan sonra PSJ-nin qoluna məyus olsalar da, sonradan özlərində güc tapa bildilər. Neymarın dublu və Robertonun qolu ilə fransızları 6:1 hesabı ilə darmadağın edən “Barsa” növbəti mərhələyə yüksələn tərəf olub.

 

Günün digər görüşündə “Borussiya” “Benfika”dan ilk matçdakı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Dortmundlular Bundesliqada “Volfsburq” (3:0) və “Frayburq”un (3:0) ardınca “Bayer” üzərində də asan qələbə qazanıb – 6:2. Tomas Tuhelin komandası uğurlu seriyanı “Benfika” ilə görüşdə də davam etdirib. Obameyanqın het-tirk etdiyi oyunda dortmundlular 4:0 hesablı darmadağına seviniblər.

 

UEFA Çempionlar Liqası

1/8 final mərhələsinin cavab oyunları

8 mart

 

“Barselona” (İspaniya) – PSJ (Fransa) – 6:1

Qollar: Suarez, 3, Kurjava, 40 (öz qapısına), Messi, 50 (pen.),Neymar, 88, 90 (pen.), Roberto, 90+5 – Kavani, 62

 

Baş hakim: Dəniz Aytəkin (Almaniya)

İlk oyun: 0:4

 

“Barselona”: Mark-Andre ter Stegen, Jerar Pike, İvan Rakitiç, Serxio Buskets, Andres İnyesta (k), Luis Suaes, Lionel Messi, Neymar, Rafinya, Xavyer Maskerano, Samuel Umtiti

Ehtiyat oyunçular: Yasper Sillessen, Arda Turan, Pako Alkesar, Jordi Alba, Lukas Din, Serxo Roberto, Andre Qomes

 

PSJ: Kevin Trapp,  Tiaqo Silva (k), Markinyos, Marko Veratti, Lukas, Edinson Kavani, Tomas Meunyer, Blez Matyuidi, Layvin Kurzava, Yulian Draksler, Adrien Rabiot

Ehtiyat oyunçular: Alfons Areola, Presnel Kimpembe, Xavyer Pastore, Maksvell, Anxel di Mariya, Serji Aurier, Hatem Ben Arfa

 

 

“Borussiya” (Dortmund, Almaniya) – “Benfika” (Portuqaliya) – 4:0

Qol: Obameyanq, 4, 61, 85, Pulisiç, 59

 

Baş hakim: Martin Atkinson (İngiltərə)

İlk oyun: 0:1

 

 

“Borussiya” (Dortmund): Roman Bürki, Mark Bartra, Osmane Dembele,  Pyer-Emerik Obameyanq, Kristian Pulişiç, Sokratis Papastatopulos, Lukas Pişçek, Qonzalo Kastro, Marsel Şmelzer (k), Yulian Vayql, Erik Durm

Ehtiyat oyunçular: Roman Vaydenfeller,  Rafael Querreriro, Andre Şürrle, Şinji Kaqava, Mikel Merino, Matthias Qinter, Feliks Passlak

 

“Benfika”: Ederson, Luisao (k), Kostas Mitroğlu, Viktor Lindelöf, Andre Karrillo, Eduardo Salvio, Eliseu, Pizzi, Franko Kervi, Andre Almeyda, Nelson Semedo

Ehtiyat oyunçular: Julio Sezar, Andre Horta,  Raul Ximenes, Yonas, Andre Karillo, Jardel, Andriya Jivkoviç

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

13 − 3 =