BAO-nun İstanbulda konfransı keçirildi

0
501

Türkiyənin İstanbul şəhərində Bütöv Azərbaycan Ocaqları (BAO) “Azərbaycan türklərinin yeni hədəfləri” mövzusunda konfrans keçirib. Konfransın açılışında öncə BAO-nun İstanbul təmsilçisi Rıza Xurşid, Ege təmsilçisi Rıza Sadıkoğlu, Düzcə təmsilçisi Zafer Arı qısa şəkildə Azərbaycanın bütövlüyünün önəmini ifadə etdilər.

Konfransda əsas məruzəçilər BAO-nun Türk Dünyası İlə əlaqələr üzrə müavini, fəlsəfə doktoru, dosent Faiq Ələkbərli və BAO-nun Türkiyə təmsilçisi Babək Türkoğlu olublar. B. Türkoğlu “Bütöv Azərbaycana gedən yolda əngəllər” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan türklərinin qarşısında dayanan əsas hədəf milli birliyimizi gücləndirmək və əngəlləri aşmaqdır. Eyni zamanda o, Azərbaycanın güneyindəki son vəziyyətlə bağlı bilgi verdi.

Daha sonra Faiq Ələkbərli “Azərbaycan türklərinin qarşısında dayanan yeni hədəflər və vəzifələr” mövzusunda çıxış edərək bildirib ki, milli hədəflərimiz ilk növbədə Tehranda hakimiyyəti bərpa etməkdir. Tehranda hakimiyyəti bərpa etməyin yeganə çıxış yolu isə Azərbaycanın bütövlüyündən keçir. F. Ələkbərliyə görə, ancaq Türk nüvəli Azərbaycan ideyası ilə yeni bir dövlət qurmaq mümkündür. Azərbaycan və Türklük ideyalarının yalnız türk deyil, qeyri-türklər üçün də birləşdirici, bütünləşdirici rolundan bəhs edən Ələkbərlinin fikrincə, çox yaxın zamanlarda dünyanın düzəni dəyişəcək ki, məhz belə bir ərəfədə Azərbaycan türkləri özünü toparlayıb, Azərbaycan türk nüvəli böyük bir dövlət qurmağa hazır olmalıdırlar.

Toplantıda iştirak edən prof. Halil Bal, Metin Özər, Gülarə Yenisey, Teymur Qasımlı, Sedat bəy və başqaları da mövzu ilə bağlı öz fikirlərini bölüşdülər.
BAO-nun İstanbulda konfransı keçirildi – FOTO

BAO-nun İstanbulda konfransı keçirildi – FOTO

BAO-nun İstanbulda konfransı keçirildi – FOTO

BAO-nun İstanbulda konfransı keçirildi – FOTO