Bakıda tükürpərdən mənzərə: “kley” iyləyən uşaqlar – Video

0
794


 

Bakıda təxminən 9-12 yaşları olan iki uşaq küçənin ortasında müasir zərərli vərdişlərdən olan kley iyləməklə məşğuldur. Dəhşətə gətirən həmin anların videosu yayılıb. Mütəxəssislər bu vərdişi ənənəvi olanlardan daha təhlükəli sayır. Bəs uşaqları bu pis vərdişə nə vadar edir? Problem necə həll edilməlidir?

Xəzər xəbər-in məlumatına görə, paltarının içində gizlətdiyi qabı gah biri, gah da digəri ağzına yaxınlaşdırır… Təxminən 9-12 yaşları olan bu uşaqlar toksikomaniya – yəni kley iyləməklə məşğuldur.

Dəhşətə gətirən video Bakıda çəkilib. Uşaqlar narkotik vasitəyə alternativ kimi qiymətləndirilən bu zərərli vərdişlə məşğuldur. Daha da acınacaqlısı bu zərərli vərdişin hətta yeniyetmə sayılmayacaq yaşlara enməsidir.

Mütəxəssislər bu vərdişi ənənəvi olanlardan daha təhlükəli sayır. Toksikomaniya insanın bir çox daxili orqanlarına, ən çox isə ağ ciyər və beyin hüceyrələrinə təsir edir. Müddət ötdükcə aslılığa gətirib çıxarır. Bu isə həmin şəxsləri potensial cinayətkara çevirir.

Belə olan halda isə uşaqlar rahatlıqla tora düşüb, pis vərdişlərə aludə ola bilirlər. Millət vəkili Musa Quliyev isə deyir ki, uşaqların bu vərdişlərdən uzaq durması üçün məktəblərin üzərinə böyük yük düşür. Çünki daha çox bu vərdişi uşaqlar məktəb vaxtı aludə olurlar.

Mütəxəssislərin sözlərinə görə, belə uşaqlarla ciddi surətdə maariflənmə aparılmalıdır.

Musa Quliyev bu məsələ ilə bağlı qanunverciliyə də ciddi dəyişiklik edilməsini zəruri sayır.

Bütün bunlarla yanaşı valideynlər övladlarını kiçik yaşlarında itirməmək üçün vaxtında zəruri addımları atmalıdır. Çünki sonrakı peşmançılıq fayda vermir.

 

BIR CAVAB BURAXIN