Bakıda sensasion “cinçıxarma”: Deputat, general, prokuror və daha kimlər…

0
607

Bakıda sensasion “cinçıxarma”: Deputat, general, prokuror və daha kimlər…
AFN-ə Bakıda böyük miqyaslı fırıldaqlar reallaşdıran ana və oğul haqda sensasion məlumatlar daxil olub. Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin əməlləri barədə redaksiyamızı məlumatlandıran mənbə olduqca ilginc bilgilər verib. Adları qeyd edilən özlərini cindar, cin çıxaran kimi qələmə verən ana-balanın müştərilərinin, daha dəqiqini desək, qurbanlarının siyahısında olduqca məşhur insanların adı yer alır. Belə ki, nazir xanımlarından, Milli Məclisin deputatlarından tutmuş, müxtəlif vəzifələrdə təmsil olunan məmurlar, iş adamları, sənət adamları Lalə İbrahimova və Hüseyn Əlizadəyə “pənah aparan”, onların toruna düşən şəxslər sırasındadır.

Məsələnin qısa məğzi isə belədir. Adları qeyd edilən ana-bala müxtəlif elan saytlarında elan yerləşdirərək Kərbəla və Məşhəd ziyarətlərini təşkil etdiklərini bildirirlər. Onların elandakı nömrələrinə zəng edən insanlarla guya səfərin təşkili məqsədilə görüşürlər, müvafiq sənədləri, ödənişi qəbul edirlər. Buracan hər şey normal gedir, lakin ilk görüşdə, yaxud da ondan sonra müştəriyə “gözümə yaxşı dəymirsən, arada gəl sənə bir Quran açım” (yəni falına baxım-red.) deyən cindar bununla qarşıdakını şübhəyə salır. Səfər ərəfəsində olan insanlar bundan qorxuya düşür yollanırlar Quran açdırmağa. Müştərisinin falına baxan cindar Hüseyn ona çoxlu əməl-dua edildiyini bildirir, bunu “təmizləmək” üçün ondan pul, qızıl, qiymətli əşyalar alır. Bir müddətdən sonra müştərini “sənin bədəninə cin oturub” deyə qorxuya salır, yavaş-yavaş onu “cini çıxarmaq” üçün razı salmağa başlayır. Diri insanlara yas qurdurmaq, qəbir qazdırmaq, molla gətirib Quran oxutdurmaq, ağı dedirtmək və s. bu kimi işlərlə məşğul olan cadugərlərin şəriklərinin olduğu da şübhəsizdir.

Toruna düşən adamın bütün var-dövlətini əlindən alır, tədricən ona yaxınlaşır, dostluq əlaqələri qurur, həmin adamdan əlavə borc adı ilə pullar alır, sonda isə elə edirlər ki, qarşıdakı adamın onlara borclu olduğunu deyirlər.

AFN-ə verilən sənədlərdən, ərizələrdən aydın olur ki, ana-bala insanlara hətta gördükləri “işin” müqabilində borc müqaviləsi də imzaladırlar. Çox maraqlıdır ki, onlarla bağlı dəfələrlə şikayət olunsa da, nədənsə hüquq-mühafizə orqanları məsələyə ciddi yanaşmırlar. Mənbəmiz bizdən xahiş edir ki, Huseyni qoruyan gizli məmurun kimliyini araşdıraq: “O məmur kimdir ki, Hüseynin məsuliyyətə cəlb olunmasına imkan vermir? Hətta L.İbrahimova hüquq-mühafizə orqanları tərəgindən saxlansa da, hansısa səbəbdən sərbəst buraxılıb”. Redaksiyamızı bu sensasiyalı məsələ ilə bağlı məlumatlandıran mənbə bildirir ki, nazirlərin arvadları, vəzifəli şəxslərin, Milli Məclisin kişi və xanım deputatlarından, onların ailələrindən də bu dələduzların toruna düşənlər tapılıb. Mənbə onların adlarını konkret olaraq qeyd etsə də, hələlik araşdırmalar aparırıq və bu səbəbdən açıqlamağa lüzum görmürük. Bu sirli ana-balanın isə tezliklə zərərsizləşdiriləcəyinə ümid edirik.

Qarşı tərəfdən məsələyə aydınlıq gətirilməsinə çalısaq da, cəhdlərimiz alınmadı.

BIR CAVAB BURAXIN