Bakıda maşın vəzifəli şəxsi vurdu

0
619

Keçən həftə avtomobillə vurulan piyadanın vəzifəli şəxs olduğu məlum olub.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, avtomobillə vurularaq xəstəxanaya yerləşdirilən Bakı şəhər sakini Feliks Bayramov Kənd Təsərrüfatı Nazirliyi Təchizat Bazasının direktoru vəzifəsində çalışır.

Xatırladaq ki, hadisə sentyabrın 29-da saat 20 radələrində baş verib. Belə ki, Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən F.Bayramov vurulub və o, xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü – paytaxt sakini Emin Günəşli tutulub.

Faktla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri üzrə cinayət işi başlanıb, araşdırma aparılır.

BIR CAVAB BURAXIN