Bakıda itkin düşən uşaq tapıldı: onu diləndiriblər?

0
581

Bakıda itkin düşən uşaq tapılıb.

Lent.az-ın məlumatına görə, Bakının Əhmədli qəsəbəsində itkin düşən 10 yaşlı Abbasov Amil tapılıb.

Bu barədə Amilin ailəsindən bildirilib. Deyilənə görə, uşağın özü az öncə evə gəlib. “Qapı döyüldü, açdıq gördük uşağın özüdür”, – deyə Amilin anası Arzu Abbasova bildirib.

3-cü sinif şagirdi olan Amin özü isə aznews.az-a onu dilənçilərin oğurladığını deyib: “Məni soyuqda diləndirdilər”.

Bunu həmin sayta Aminin anası da təsdiqləyib. O bildirib ki, uşaq oynayarkən yanında 4 uşaq olan qaraçı qadın onu çağırıb və dünən bütün günü soyuqda diləndirib: “Uşaq o qədər soyuqda qalıb ki, eşitmə qabiliyyəti zəifləyib. Qaraçı qadın uşağın internetdə şəklini və axtarışda olduğunu görən kimi gətirib qapımızın ağzına qoyub. Hal-hazırda hüquq-mühafizə orqanları qadının kimliyini araşdırır”.

 

BIR CAVAB BURAXIN