Bakıda gəlini başqasına qoşulub qaçan nənə 3 uşağı çölə atdı – FOTO

0
781

Bakıda Xəyalə Kərimova adlı gənc qadın 3 uşağını atıb və başqası ilə qaçıb. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, uşaq sığınacağının koordinatoru Vasif Akifli sosial şəbəkədə məlumat yayıb. V.Akifli eyni zamanda onun fotosunu da paylaşıb:

 

“Xahiş edirəm bu şəkillə məlumatı hər kəs paylaşsın!!!! Bu qadın ,Kərimova Xəyalə 01.07.2017 ci il tarixində Bakı şəhər, Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisində yol kənarında, atılmış olaraq aşkarlanan Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-reinteqrasiya mərkəzinə yerləşdirilən bacı-qardaşların anasıdır. Görən, tanıyan, bilən varsa qaynar xəttimizə məlumat versin .

 

Uşaqlar sığınacağa yerləşdirildikləri gün mən Ağsu rayon Polis Şöbəsinə, yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektora hadisə ilə bağlı məlumat vermişdim .Bu gün Ağsu rayon Polis Şöbəsindən verilən məlumata görə Uşaqların atası (rəsmi boşanıblar) 29 sentyabr 2015-ci ildən uşaqlara görə ayrılmış aylıq alimenti ödəmədiyinə görə 05.04.2017 ci ildən borclu kimi axtarışdadır.

0125113409

0554660806”

 

Onu da qeyd edək ki, gəlin qaçdıqdan sonra uşaqların nənəsi nəvələrini küçəyə atıb.Uşaqlar tapılan zaman əllərində olan çörək və sənədlər yerləşdirilmiş çantada analarının birgə qaçdığı kişinin də fotosu olub.

 

Koordinatorun sözlərinə görə, uşaqların ana və atası haqqında axtarış başladılmaqla yanaşı, uşaqları xəlvət atan və qaçan nənə barəsində də hüquq mühafizə orqanlarına müraciət ediləcək. Lent.az

BIR CAVAB BURAXIN