Bacıların öldüyü qəzadakı “MAN”ın sürücüsü sərbəst buraxıldı

0
573
Sentyabrın 15-də Novxanı qəsəbəsində baş verən, Sürəyya və Leyla Qəhrəmanova bacılarının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı başlanmış cinayət işinin maddəsi dəyişdirilib.
Lent.az-ın məlumatına görə, faktla bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlansa da, sonradan 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma,  ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib. Bu arada məlum olub ki, Qəhrəmanova bacılarının avtomobilinin toqquşduğu “MAN”ın sürücüsü hadisədən sonra ifadəsi alınaraq sərbəst buraxılıb. Ekspertizanın nəticəsi yük maşınının qəzaya səbəb olduğunu göstərsə, sürücü Kamran Məmmədov həbs ediləcək.
Qeyd edək ki, Novxanı qəsəbəsi ərazisində Sumqayıtdan Bakıya işə gələrkən dəhşətli qəzaya düşən bacılardan ikincisi, yəni Leyla Qəhrəmanova dünən vəfat edib. Sentyabrın 15-də saat 08 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Sürəyya Qəhrəmanovanın idarə etdiyi “Chevrolet Aveo” və Bakı şəhər sakini Kamran Məmmədovun idarə etdiyi “MAN” markalı yük maşını toqquşub. Nəticədə S.Qəhrəmanova hadisə yerində ölüb, onun 24 yaşlı bacısı Leyla isə əvvəlcə Kliniki Tibbi Mərkəzə, daha sonra isə işlədiyi özəl xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Leylanın da həyatını xilas etmək mümkün olmayıb.
BAKU.WS

BIR CAVAB BURAXIN