Bəşər Əsədin döyüş təyyarəsi vuruldu

0
572

Suriya müxalifləri Hama şəhərinin şimalında Əsəd rejiminə aid MİG-21 tipi döyüş təyyarəsini vurub.

 

Avropa.info Türkiyənin “Diriliş Postası” qəzetinə istinadən xəbər verir ki, rejimə yaxın mənbələr və Rusiya agentlikləri də Hama hərbi aeroportundan qalxan təyyarənin düşdüyünü təsdiq ediblər.

Rejimə aid Suriya TV kanalı təyyarənin texniki səbəbdən qəzaya uğradığını və ekipajın da öldüyünü açıqlayıb.

Müxaliflərin yaydığı açıqlamada isə təyyarənin texniki qəzaya düşmədiyi, üsyançılar tərəfindən vurulduğu bəyan edilib.

BIR CAVAB BURAXIN