Bərzani yalvarmağa başladı: Dayandırın…

0
474
FILE PHOTO: Iraq's Kurdistan region's President Massoud Barzani gestures during a joint news conference with German Foreign Minister Sigmar Gabriel (not pictured) in Erbil, Iraq April 20, 2017. REUTERS/Azad Lashkari/File Photo

Rəsmi Bağdadın İraq Kürd Muxtariyyətinə uçuşları dayandırmasından sonra separatçı rejimin sözçüsü BMT-yə səslənib.

Axar.az xəbər verir ki, İraq Kürd Muxtariyyəti hökumətinin sözçüsü Sefin Diyazi BMT-yə müraciət edərək, uçuş qadağasının ləğv edilməsini istəyib:

“Bağdadın uçuş qadağası kürd xalqını və toplumu cəzalandırmaqdır. BMT və İraq tezliklə bu qərarın ləğv edilməsi istiqamətində addımlar atmalıdır. Kürdüstan hökuməti məsələ ilə bağlı xüsusən BMT-yə çağırış edir: bu qadağanı dayandırın”.

Qeyd edək ki, Bərzani Türkiyə və İraqın xəbərdarlıqlarına baxmayaraq, sentyabrın 25-də Kürd Muxtariyyətində referendum keçirib. İraq və Türkiyə buna cavab olaraq İraq Kürd Muxtariyyətinə uçuşları dayandırıb.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

12 − 9 =