“Avrovizion” təmsilçimiz ingilis və Azərbaycan dilində ifa edəcək

0
592
Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision-2018” mahnı müsabiqəsinnin start götürməsinə sayılı günlər qalıb.
Bir neçə həftə bundan əvvəl təmsilçimiz Aysel Məmmədovanın (Aisel) Rusiyanın xalq artisti Filipp Kirkorovun sahib olduğu “Dream Team” adlı komandası ilə çalışdığı öz təsdiqini tapıb.
Komandaya İlias KokotosDimitris Kontopoulos daxildir və Aiselin klip çəkilişləri Yunanıstandan davam edir. Bundan əlavə, sənətçinin Avropa səhnəsində oxuyacağı mahnının həm ingilis, həm də Azərbaycan dilində olacağı məlum olub.
Bununla da, Azərbaycanın “Eurovision” tarixində bir ilkə imza atacaq. Çünki, bundan əvvəl bütün iştirakçılar müsabiqədə bir dildə (ingilis) mahnı ifa edib.
“Eurovision” mahnımızın bəstəkarı Dimitris Kontopoulosdur. Bundan başqa, hər kəsin bəstəkar kimi tanıdığı İlias Kokotos isə Ayselin xoreoqrafı olacaq.
Bu məqamda bildirək ki, “Eurovision 2016”da Rusiya təmsilçisi Sergey Lazerevin səhnə şousunun xoreoqrafiyası məhz ona məxsusdur.
Dimitrisin isə “Eurovision” tarixi zəngindir. O, beyəlxalq müsabiqələrdə iştirak edən bir çox ulduzlarla çalışıb.
Xatırladaq ki, müsabiqənin yarımfinal mərhələsi mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq.
Qeyd edək ki, “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, “Amar pelos dois” mahnısı ilə 758 xal toplayaraq, müsabiqənin qalibi adını qazanıb.

BIR CAVAB BURAXIN