Bərpaolunan enerji mənbələrinin böyük potensialı var

0
1733

Bərpaolunan enerji mənbələrinin böyük potensialı var.

Cənab Prezident İlham Əliyevin cari ilin 13 mart tarixində Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdəki çıxışında qeyd etmişdir ki, “Bərpaolunan enerji mənbələrinin böyük potensialı var. Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxındır. Hazırda biz nəinki xarici sərmayədarları cəlb etməkdə davam edirik, o cümlədən həmin enerji həcmlərini ixrac etmək məqsədilə lazımi ötürmə imkanlarını da yaradırıq”.

Cənab Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir ki, ölkəmiz bütün sahələrdə böyük inkişafa nail olmuşdur. Azərbaycanda enerji təhlükəsizliyizi hələ bir neçə il əvvəl təmin edilib. Bu gün Azərbaycan nəinki öz enerji təlabatını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir.

Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Hazırda bizim ümumi generasiya gücümüz 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılmışdır. Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir. Hazırda ölkəmizdə başqa stansiyalarda inşa edilir.

Azərbaycanda zəngin neft və qaz yataqları vardır və bu yataqların istismarı və işlənilməsi uğurla gedir. Müasir infrastruktur vardır – həm nəqliyyat, həm kommunikasiya, həm də elektrik xətləri ixrac bazarları ilə bizi birləşdirir. Güclü siyasi iradə vardır. Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri vardır. Bütün bu amillərin vəhdəti ölkəmiz üçün çox gözəl bir imkanlar yaradır.

Azərbaycanın bu gün yaratdığı reallıqları bütün dünya görür. Bütün dünya ictimaiyyəti hansısa məsələ barədə rəy formalaşdırarkən həmin reallıqlara istinad edir. Cənab Prezident İlham Əliyevin ötən onilliklərdə həyata keçirdiyi siyasət Azərbaycanı Cənubi Qafqazın əsas inkişaf mərkəzinə çevirdi. Azərbaycanın tutduğu yol, təklif etdiyi gələcək hər kəsin maraqlarına xidmət edir. Hamı üçün daha gözəl bir dünyanın qurulmasına töhfə verir.

Nüşabə Əhmədova – Zərdab rayonu Şəftəhal kənd tam orta məktəbinin direktoru