Amerika olduqca məxfi silahla Rusiyaya zərbə endirməyə hazırlaşır

0
663
5 noyabr — 19:00

Amerikanın hərbi hakerləri Rusiyanın elektrik təchizatı sisteminə, telekommunikasiya şəbəkəsinə və Kremlin idarəetmə sisteminə daxil olub.

Bu barədə NBC News-a ABŞ xüsusi xidmət orqanlarındakı mənbələrdən, habelə telekanalın sərəncamına daxil olan məxfi sənədlərdən məlum olub. Məlumata görə hərbi hakerlər Rusiyanın elektrik təchizatı sistemini, telekommunikasiya şəbəkəini və Kremlin idarəetmə sisteminə daxil olaraq məxfi Amerika kiber-silahı ilə hücum həyata keçirmək üçün platsdarm yaradıblar. Və hücumu həyata keçirmək üçün ABŞ rəhbərliyinin əmrini gözləyirlər.

Telekanal bildirir ki, Amerikanın vəzifəli şəxsləri çoxdandır Rusiya, Çin və digər ölkələrin Birləşmiş Ştatların mühüm infrastruktur obyektlərinin proqram təminatına virus yeritmək üçün cəhdlər göstərib. Bu virus ABŞ-ın iri şəhərlərini işıqsız və internetsiz qoya bilərdi.

ABŞ-da düşmənlərə qarşı eyni taktikanı işə salıb. NBC News-a daxil olan sənədlərə əsasən ən azından Rusiyaya qarşı belə əməliyyat keçirilib. Çünki Amerika rəsmiləri Rusiyanın ABŞ prezident seçkilərinin nəticələrinə kiber-hücumlarla müdaxiləsi ehtimalından narahatdırlar. Doğrudur, ABŞ xüsusi xidmət orqanları Rusiya hakerlərinin seçkilərlə bağlı həyati vacib infrastruktura müdaxiləsini ehtimal etmirlər, ancaq istisna deyil ki, hakerlər saxta nəticələr dərc etməklə və sosial şəbəkələrdə çoxsaylı saxta istifadəçilərin adından yalan məlumat yaymaqla manipulyasiyaya çalışacaqlar.

Bildirilir ki, bir gün əvvəl Rusiya kəşfiyyatına bağlı Guccifer 2.0 adlı haker Twitter-də təhdidedici mesaj yayaraq bildirib ki, onlar ABŞ-dakı seçkiləri “sistemin daxilindən” izləyəcəklər. Bu səbəbdən ABŞ prezident seçkiləri dövrü üçün misli görünməmiş səfərbərlik həyata keçirib. Habelə cavab zərbəsi endirmək üçün hazırlıqlar görülüb. Lakin ABŞ məxfi kiber-silahı Rusiyanın irimiqyaslı hücumuna qarşı tətbiq edəcək ki, belə hücum ehtimalı da az hesab edilir.

Amerika hərbi mənbələri deyirlər ki, ABŞ dünyanın ən inkişaf etmiş kiber imkanlarına malikdir. Lakin mənbələr olduqca məxfi kiber silahla bağlı başqa nəsə deməkdən imtina ediblər.

ABŞ-ın kiber-komandanlığının keçmiş müşaviri, ehtiyatda olan polkovnik Gari Braun deyib ki, Amerika Milli Kəşfiyyat Agentliyinin xarici ölkələrdəki kompüter şəbəkələrinə haker hücumları sonradan kiber-silah üçün platsdarm yaratmaq üsuluna çox oxşayır. “Siz şəbəkəyə çıxış əldə edirsiniz, orada öz iştirakınızı təmin edib sonra istədiyinizi etmək imkanları qazanırsınız. Əvvəlcə siz informasiyaları toplayırsınız, amma həmin çıxış imkanlarını daha aqressiv hərəkətlər üçün də istifadə edə bilərsiniz”-o bildirib.

NBC News-a məlumat verən mənbələr deyiblər ki, ABŞ administrasiyasının nümayəndələri məxfi kanallarla Rusiyanı prezident  seçkilərinin nəticələrinə təsir etməkdən çəkinmək barədə xəbərdar ediblər. ABŞ kəşfiyyatındakı yüksək rütbəli mənbə deyib ki, əgər Rusiya Birləşmiş Ştatların strateji infrastrukturuna qarşı irimiqyaslı kiberhücum həyata keçirməyə cəhd etsə buna cavab olaraq Rusiyanın bir çox sistemləri sıradan çıxarılacaq.

ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı, admiral Ceyms Stavridisin bildirdiyinə görə, onun ölkəsi istənilən kiber-hücuma cavab vermək üçün kifayət qədər məxfi vasitələrə malikdir.

Telekanal xatırladır ki, ABŞ bundan əvvəl hərbi situasiyalarda və məxfi əməliyyatlarda kiber-hücumlara əl atıb. Məsələn, 2003-cü ildə Amerika kiber-casusları İraq şəbəkəsinə daxil olaraq generallara təslim olmaq üçün xüsusi mesajlar göndərib, habelə Bağdadın elektrik şəbəkəini müvəqqəti olaraq sıradan çıxarıb. 2008-2009-cu illərdə ABŞ İsraillə əməkdaşlıq şəraitində İranın nüvə obyektlərinin proqram təminatına “Stuxnet” adlı virusu yeridib. Bu virus sentrifuqaların fırlanma sürətini hədsiz artıraraq nüvə mərkəzlərindən birində partlayışa səbəb olub, İranın nüvə proqramlarına başçılıq edən general da daxil olmaqla xeyli adam ölüb. Hazırda ABŞ “İslam dövləti” terror qruplaşmasına qarşı kiber-əməliyyatlar keçirir, yaraqlıların yerini müəyyən edir və onlara çaşdırıcı əmrlər göndərir.

F.Məmmədov

Virtualaz.org

BIR CAVAB BURAXIN