Azərbaycanlıların Ermənistandan gizli çəkilişi – Video

0
482


 

Bir azərbaycanlı indiki Ermənistanın İcevan (əvvəlki adı Karvansaray) rayonunun ərazisindəki Quşu kəndindən çəkiliş apararaq sosial şəbəkələrdə paylaşıb.

Axar.az xəbər verir ki, videonun hansı şəraitdə və kim tərəfindən çəkilməsi barədə məlumat verilmir.

Məşhur Dilican dərəsinin yerləşdiyi və tarixən azərbaycanlıların məskunlaşdığı Karvansaray rayonu Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının Qazax qəzasına daxil idi.

XX əsrin əvvəllərində bu ərazilər də erməni quldur dəstələrinin, daşnak hərbi hissələrinin hücumuna məruz qalıb.

Yüz illər boyu Qazax, Ağstafa, Şəmkir, Tovuz rayonlarının əhalisi yayda Dilican dərəsində dincəlirdi. Tanınmış Azərbaycan yazıçı və dramaturqu Nəcəf bəy Vəzirov da vaxtilə bu ərazidə meşəbəyilik etmişdi.

Video a24.az saytından götürülüb.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

3 × five =