“Bavariya”da ulduz futbolçuların taleyinə aydınlıq gəldi

0
523

11

“Bavariya” 3 aparıcı futbolçusunu komandada saxlamaq qərarına gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunlar Aryen Robben, Frank Riberi və Robert Levandovskidi.

 

Adları sadalanan hər 3 oyunçu klubla yeni müqavilə imzalamağa razılıq verib. Hazırkı anlaşması mövsümün sonuna qədər olan Robbenlə Riberi bu müddəti 2019-cu ilə qədər uzadacaqlar. Levandovski isə yeni anlaşmadan sonra 2021-ci ilə qədər Münhen klubuna məxsus olacaq. Polşalının illik məvacibi 15 milyon avroya yüksəldilib.

 

Hər 3 futbolçu yeni müqaviləyə noyabrın sonlarında qol çəkəcəklər.

BIR CAVAB BURAXIN