Ukraynada yaşayan azərbaycanlılar Kiyevdə Daxili İşlər Nazirliyinin (DİN) binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar son vaxtlar Ukraynada azərbaycanlılara qarşı cinayətlərin artmasına, xüsusilə də adam oğurluğu hallarına DİN tərəfindən lazımi reaksiya verilməməsinə, tədbirlər görülməməsinə etiraz edirlər.
“Qafqazinfo” xəbər verir ki, femida.az məsələyə aydınlıq gətirmək üçün Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadovla əlaqə saxlayıb. Diaspora sədrinin sözlərinə görə, Ukraynada azərbaycanlıları məhz azərbaycanlılardan ibarət qruplaşma oğurlayıb:
“Ukraynada olan bəzi Azərbaycan diaspor təşkilatları birləşib mitinq keçirir. Lakin mənim rəhbərlik etdiyim təşkilat bu mitinqə qatılmadı. Biz düşünüb belə bir qərara gəldik ki, indiki şəraitdə belə bir mitinqin həyata keçirilməsi elə də effektli ola bilməz. Mitinqin təşkilində səbəb kimi o göstərilir ki, hazırda Ukraynanın daxili işlər naziri olan Arsen Avakov azərbaycanlılara qarşı törədilən cinayətlərin üstünü açmır. Mənim qənaətim isə tamamilə fərqlidir. Fikrimcə, insanları oğurlayan qrup azərbaycanlılardan ibarətdir. Daha dəqiq desək, Azərbaycandan bu cinayətkar qruplaşmalara rəhbərlik edən şəxslər var. Əgər bu gün hansısa qrup zərərsizləşdirilsə, Azərbaycanda olan rəhbərləri başqa bir qruplaşma yaradacaq. Məsələ köklü şəkildə həll olunmalıdır. Daxili İşlər Nazirliyinin qarşısında belə bir tədbirin keçirilməsi heç bir məntiqə sığmır. Cinayətkar dəstənin Azərbaycandakı kökünü qazıb çıxarmaq lazımdır. Oğurlanan azərbaycanlılarla bağlı polisə heç ərizə belə yazılmayıb. Bunun da səbəbləri var. Belə ki, bu zaman oğurlanan şəxslərin həyatı təhlükəyə girə bilərdi. Azərbaycanlıların Rusiyada və Ukraynada oğurlanması şəbəkə şəklində həyata keçirilir