Azərbaycanlılar “Rus marşı” sıralarına qatılmadılar

0
455
 

Moskvada, Sankt-Peterburqda, Yekaterinburqda və başqa Rusiya şəhərlərində Xalq Birliyi Günündə millətçilərin ənənəvi “Rus marşı” aksiyası keçirilib.

Virtualaz.org rmarsh.info-ya istinadla bildirir ki, aksiyaları bu təşkilatlar keçiriblər: “Millət və azadlıq” komitəsi, “Qara blok”, “Respublika bloku”, “Yeni sağ alternativ” və millətçi ruhda olan digərləri. “Marş” iştirakçıları Putinin və onun hökumətinin istefasını, Qafqaz regionunun maliyyələşdirilməsinin dayandırılmasını, Mərkəzi Asiya və Zaqafqaziya ölkələri ilə viza rejiminin tətbiq olunmasını, qısalüləli silah daşınmasına icazə verilməsini və s. tələb ediblər.

Virtualaz.org-un Moskva bürosu xatırladır ki, sağlar bu cür marşları 2006-cı ildən keçirirlər. Onların bu aksiyaları razılaşdırılıb və Rusiya paytaxtında millətçilərin iki nümayişi keçirilib. Bu təntənəli yürüşlər Moskvanın mərkəzi rayonlarından kənar və sıx polis kordonunun müşayiəti ilə keçir. Buna görə, adətən onlarda Qafqazdan olanlarla toqquşmalar və ya hansısa başqa qeyri-qanuni hərəkətlər olmur.

Moskvada “Bizimkilər” ictimai hərəkatı isə 2011-ci ildən “Rus marşı”na alternativ nümayişlər keçirməyə başlayıb, hansılarda ki, Moskvada yaşayan bütün milli icmaların nümayəndələri iştirak edirlər. Bir qayda olaraq, bu aksiyalarda Azərbaycan icmasının nümayəndələri də kütləvi iştirak edirlər. Bu il də azərbaycanlılar başqa xalqların nümayəndələri ilə birlikdə Moskvanın küçələrinə çıxıblar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

3 + 19 =