Azərbaycanlı jurnalistlə erməni ekspert arasında dava -VİDEO

0
988

Azərbaycanlı jurnalistlə erməni ekspert arasında dava - VİDEO

Rusiyanın “Zvezda” telekanalında Qüds mövzusunda keçirilən tok-şou zamanı azərbaycanlı jurnalist Fuad Abbasovla erməni əsilli ekspert Sarkis Çaturyan arasında dava düşüb.

Mübahisə erməni ekspertin Türkiyənin Suriyadakı rolu ilə bağlı sərt, neqativ fikirlərindən sonra başlayıb.

Jurnalist Fuad Abbasov yerindən qalxaraq ekspert kürsüsündə əyləşən Sarkis Çaturyana “mən Türkiyənin Suriya məsələsindəki rolunu kiçildən, türklərə fobiyası olan erməniSuriya əsilli ekspertləri sakitləşdirmək istəyirəm” deyib.

Bu zaman mübahisə qızışıb, Abbasovla Çaturyan arasında dava olub. Bundan sonra olaya aparıcılar müdaxilə edib. Çaturyan azərbaycanlı jurnalisti hədələyib: “Problem istəyirsənsə, olacaq. Dilinə sahib ol”.

“Məni burada təhqir edirlər. Sakit dura bilmərəm”, – deyə Fuad Abbasov bildirib.

Azvision.az

BIR CAVAB BURAXIN