Avroliqada həftənin ən yaxşı oyunçusunun adına aydınlıq gəlib. “Olimpiakos”un hücumçusu Kərim Ansarifərd 1/16 final mərhələsinin ən yaxşısı seçilib.
O, UEFA-nın saytında keçirilən sorğunun nəticəsinə əsasən, azarkeşlərin ən çox etimadını qazanan futbolçu olub. Səfərdə “Osmanlıspor”la qarşılaşan pireylilərin 3:0 hesablı qələbəsində mühüm rol oynayan Ansarifərd iki qola imza atıb.
Qeyd edək ki, İran millisinin Azərbaycan əsilli hücumçusu Ərdəbil şəhərində anadan olub. Təbrizin “Traktorsazi” klubundakı çıxışı ilə tanınan Kərim daha sonra İspaniyada “Osasuna” və Yunanıstanda “Panionis”in formalarını geyinib. O, 2017-ci ildə keçdiyi “Olimpiakos”un heyətində 3 oyunda 3 qol vurub. Apasport.az