Azərbaycanla sərhəddə atışma – Ölən və yaralananlar var

0
428

Azərbaycanla sərhəddə atışma

Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda atışma olub.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər ölüb. Bu barədə rayonun başçısı Fərid Əhmədov bildirib.

Onun sözlərinə görə, qətlə yetirilənlərdən biri rayon şurasının deputatıdır.

Dağıstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi insident nəticəsində 3 nəfərin xəsarət aldığını söyləyib.

Səhiyyə Nazirliyindən bildirilib ki, yaralı şəxslərdən ikisinin vəziyyəti orta ağırdır.

Atəş açan şəxslərdən biri saxlanılıb, ikisi isə hadisə yerindən qaçıb.

Münaqişədə 8 nəfər iştirak edib.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

nineteen − seven =