Liviyanın münaqişə tərəfləri bu gün Moskvada atəşkəs sazişini imzalayacaq

0
399

Bu gün Moskvada Xəlifə Haftarın Liviya Milli Ordusu ilə Faiz Saracın rəhbərlik etdiyi Liviya Milli Razılıq Hökuməti arasında atəşin dayandırılması haqqında saziş imzalanacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Liviyanın Ali Dövlət Şurasının başçısı Xaled əl-Mişri ölkənin “Libya Al Ahrar” telekanalına bildirib.

O, qeyd edib ki, bazar ertəsi razılaşmanın imzalanması hərb layihəsinin dağılmasının başlanğıcı olacaq, münaqişənin nizamlanması ilə bağlı siyasi prosesin işə salınmasına yol açacaq. Əl-Mişri həmçinin Rusiya Federasiyasına özünün qarşıdakı səfəri haqqında danışıb. Onun sözlərinə görə, səfər zamanı Saracı müşayiət edəcək.

Liviyanın “Akhbarlibya 24” portalı bazar günü axşam xəbər verib ki, Moskvada Haftar və Saracı gözləyirlər. Qarşıdakı görüşün və danışıqların formatı haqqında heç bir rəsmi informasiya yoxdur. 

Daha əvvəl bildirilib ki, Liviyada düşmənçilik edən iki tərəfin liderləri bazar ertəsi günü Moskvada görüşə bilərlər