Azərbaycanla Gürcüstanın sərhəddində FACİƏ: Gizir öldü

0
304

Qırmızı Körpü sərhəd-keçid məntəqəsində bədbəxt hadisə baş verib.

Yenicag.az xəbər verir ki, İran İslam Respublikasının vətəndaşı yoxlanış zamanı idarə etdiyi iri həcimli yük maşınının mühərrikini söndürməyib. Sürücünün diqqətsizliyi nəticəsində yük maşını öz-özünə hərəkət edib. Bu zaman adı hələlik açıqlanmayan gizir maşını saxlamaq istəsə də, buna nail olmayıb. O, maşının altında qalaraq keçinib.

Bundan başqa bir neçə insanın yaralandığı, maşınların əzildiyi bildirilir.

Hadisə yerinə FHN-in əməkdaşları və təcili tibbi yardım maşınları cəlb olunub.

Faktla bağlı araşdırma davam edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 × four =