“Azərbaycanın Rusiya ilə hərbi blok yaratması təklifi sərsəmləmədən başqa şey deyil”

0
454

 

Rusiyalı politoloq Aleksandr Duqin Rusiya mətbuatına verdiyi açıqlamasında hazırda bölgədə yaranmış vəziyyəti nəzərə alaraq Bakı, Ankara və Moskva arasında hərbi blok yaradılmasının vacibliyini bildirib. Lakin Azərbaycan ərazilərini işğal edən Ermənistanın hərbi müttəfiqi ilə Azərbaycanın anloji blokda birləşməsi mümkünmü? Bununla əlaqədar “Yeniavaz.com”un sualına cavabında hərbi ekspert Üzeyir Cəfərov Duqinin təklifinin olduqca gülünc təsir bağışladığını söyləyib. Üzeyir Cəfərov: “Duqin özünü bəzən dünyadan xəbərsiz kimi aparır və onda ağına-bozuna baxmadan Rusiyanın maraqlarını önə çıxarmaq ifrat həddə çatıb. Duqinə yaxşı məlumdur ki, Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edilib və bu münaqişə həllini tapmayıb. Belə vəziyyətdə Azərbaycanın Duqinin də ifadə etdiyi kimi gələcəkdə Ermənistanın da üzv ola biləcəyi hərbi blokda iştirak etməsi işğalla barışma demək olardı. Üstəlik Azərbaycan bloklara qoşulmama hərəkatının üzvüdür və bu, ölkəmizin hər hansı hərbi blokda iştirak etməsini qeyri mümkün edir. Ona görə də Azərbaycanın Rusiya ilə hərbi blok yaratması təklifi sərsəmləmədən başqa şey deyil. Duqin görünür ünvanı səhv salıb və ya bizim sadəlövh olduğumuzu düşünür. Amma o bununla yanılır”,-dedi.

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

3 × 4 =