Azərbaycandan “Eurovision”a rəqib yarışma – Nazirlikdən açıqlama

0
314

Azərbaycan “Eurovision” mahnı müsabiqəsinə rəqib olan yeni yarışma təşkil edir.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Eurovision”un Türkiyə üzrə rəsmi nümayəndəliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, “Youthvision” yarışması “Bakı Crystal Hall”da keçiriləcək və 20-dən çox ölkə iştirak edəcək.

Müsabiqə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.

Qeyd edək ki, yarışmanı izləyən xarici vətəndaşlar üçün qarşılama, otel xərcləri, yemək və paytaxt gəzintisi ödənişsiz olacaq.

***

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova “Qafqazinfo”ya bildirib ki, sözügedən yarışma 22-24 iyunda Bakıda keçiriləcək, yaxın günlərdə müsabiqə ilə bağlı Gənclər və İdman Nazirliyi geniş məlumat yayacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

ten − six =