Azərbaycanda pensiya yaşı artırılır

0
372
 

Azərbaycanda qadınların və kişilərin pensiya yaşı 65-ə çatdırılacaq.

“Report”un xəbərinə görə, bu, “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Layihə 98 dəyişiklikdən ibarətdir.

Layihəyə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq. Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.

Qanun layihəsi qəbul olunarsa, 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Layihə Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

14 − 1 =