AZƏRBAYCANDA KREDİT FAİZLƏRİ ARTIRILDI – İşgüzar mühitə növbəti zərbə

0
506

Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 9,5%-dən 15%-ə qaldırmasından və Əmanətlərin Sığortalanması Fondunun qorunan Manat əmanətlərinin faiz tavanını 15%-ə qaldırmasından sonra banklar da kreditləri bahalaşdırmağa başlayıbıblar.

“Marja” xəbər verir ki, artıq bir neçə bank manat əmanətləri üzrə faiz dərəcəsini 15%-ə və daha yüksək səviyyə qaldırıblar. Buna müvafiq olaraq nağd pul kreditləri üzrə faiz dərəcəsi də 34-35%-ə çıxıb. İndiyədək belə kreditlər 29-30%-lə verildirdi. Hətta bəzi banklarda kreditlərin faizi bir qədər də aşağı idi.

Qeyd edək ki, adətən Mərkəzi Bank faiz dərəcələri artdırdıqda kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də, ilk baxışda  məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.

Ancaq bir çox ekspertlərin fikrincə, Azərbaycanın indiki iqtisadi reallığında uçot dərəcəsinin yükəldilməsinin inflyasiyanı cilovlayacağını iddia etmək çətindir.

Çünki əvvala, Azərbaycan Mərkəzi Bankı kommersiya bankları üçün donor təşkilat sayılmır. O ölkələrdə uçot siyasəti pula tələb və təklifə, son nəticədə inflyasiyaya təsir edir ki, Mərkəzi Bankın kredit resursları ümumi kreditlərin 35%-dən az olmasın.

Ekspertlərin araşdırmaları isə göstərir ki, Beynəlxalq Banka ayrılan vəsaitlər nəzərə alınmazsa, Mərkəzi Bankın mərkəzləşdirilmiş resurslarının ümumi kreditləşmədə payı 10-15%-dən çox deyil…
Yəni Mərkəzi Bankın uçot dərəcəsi siyasətinin kreditlərin faiz dərcəsinə birbaşa təsiri olmur. Ancaq bu qərar ümumi inflyasiya xofu yaratdığından, banklar dərhal faiz dərəcələrini yüksəldirlər. Kreditlər baha olduğu üçün, sahibkarların istehsal, idxal etdiyi məhsulların qiyməti artacaq. Bu da indiki şəraitdə inflyasiyanı daha da gücləndirəcək.

İkinci bir tərəfdən, müstəqil ekspertlərin araşdırmaları göstərir ki, bizim iqtisadiyyatımız onsuz da pulsuzdu. Azərbaycanda iqtisadiyyatın monetizasiyası 15-20 faz arazında dəyişir (BVF statistikasına görə, dünyada orta göstərici 40-50%, yüksək göstərici 50-100%-dir). Belə şəraitdə Mərkəzi Bankın sərt uçot siyasətilə bu səviyyəni daha da azaltması inflyasiyanın qarşısını almaq əvəzinə, iqtisadiyyatda pul qıtlığının yaranmasına və iqtisadi fəallığın daha da azalmasına səbəb olacaq.

Yəni, ölkədə iqtisadi böhranın getdikcə dərinləşdiyi, kreditlərin onsuz da əlçatmaz olduğu şəraitdə belə sərt uçot siyasəti ilə bağlı qərarın verilməsinin, müsbət nəticələrindən çox mənfi təsirləri olacaq. Onsuz da zəifləyən işgüzar mühitə növbəti zərbə olacaq.

Ancaq bu, eyni zamanda ölkədə işgüzar mühitə sarsıdıcı zərbə olacaq. İş adamlarının yeni müəssisələr açmaq, iş yerləri yaratmaq üçün maliyyə əldə etmək imkanları daha da məhdudlaşdı. 

BIR CAVAB BURAXIN