Azərbaycanda insanlar daha çox hansı yaşlarda ölür?

0
550
 

Azərbaycanda ötən il ölənlər arasında 75-79 yaşlı insanlar üstünlük təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ötən il qeyd olunan yaşda ölənlərin sayı 9180 nəfər olub.

Dünyasını dəyişənlər arasında ən aşağı rəqəm isə 10-14 yaşlılar arasında (174) qeydə alınınb.

Bundan başqa ötən il 80-84 yaşında ölənlərin sayı 8616, 85 və daha yuxarı yaşda ölənlərin sayı 7305, 65-69 yaşlarında ölənlərin sayı 5357, 55-59 yaşlarında ölənlərin sayı 5010 nəfərə çatıb.

50-54 yaşlarında ölənlərlərin sayı ilə 70-74 yaşında dünyasını dəyişənlərin sayı bir-birinə yaxın olub.

Belə ki, ötən il Azərbaycanda 50-54 yaşlarında 3454, 70-74 yaşlarında isə 3874 nəfər ölüb.

Ötən il ölkədə ümumillikdə 56648 nəfər ölüb. Onlardan 29924 nəfəri kişi, 26724-ü qadınlar olub.

BIR CAVAB BURAXIN