Azərbaycana ilk “qızıl”ı Radik İsayev qazandırdı!

0
285

Rio-2016 Yay Olimpiya Oyunlarında taekvandoçuların mübarizəsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Braziliyaya tam heyətlə yollanmış komandamızın heyətində  son olaraq Radik İsayev dayanq üzərinə çıxıb.

Həlledici görüşdə dünya və Avropa çempionumuzun rəqibi niger idmançısı Abdulrazzak İssufu olub. Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. İkinci hissədə rəqibin başına bir zərbə endirən təmsilçimiz 3:0 hesabı ilə önə keçib. Raund bu hesabla başa çatıb. Həlledici, sonuncu raundda daha bir dəqiq zərbə ilə fərqi 6:0 edən Radik qələbəsinə şübhə yeri qoymayıb. Nigerli idmançının cəhdləri isə sadəcə 2 xal qazanmağa çatıb. Bununla da, 6:2 hesablı qələbə qazanan dünya və Avropa çempionumuz kolleksiyasına Olimpiya “qızıl”ını da əlavə edib.

 

Qeyd edək ki, bu, həm də Azərbaycan millisinin Rio Olimpiadasında qazandığı ilk qızıl medaldır.

 

Çıxışını başa vuran taekvondoçularımızdan Milad Beiqi Harşeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıblar. Fəridə Əzizova (67 kq) isə yarışı 5-ci yerdə bitirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

6 + thirteen =