«Sərkisyan baş nazir namizədini Putinlə razılaşdırmayıb» – Dmitri Peskov

0
548

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Serj Sərkisyanın Ermənistan baş naziri postuna namizədi Rusiya prezidenti Vladimir Putinlə razılaşdırdığı barədə gedən söz-sözbəti təkzib edib.
«Yox! Bu, belə deyil. Bu tamam absurddur…» – deyə, Peskov jurnalistlərə bəyan edib.
Kremlin mətbuat katibi qeyd edib ki, Putin Ermənistanın daxili siyasətinə heç cür təsir göstərmir: «Siz, bilirsiniz ki, Rusiya özünün daxili işlərinə kimsənin qarışmasına olduqca həssas yanaşır. Rusiya həm də bu məsələyə çox səliqə ilə yanaşır ki, digər dövlətlərin daxili işlərinə, xüsusilə də bizim yaxın tərəfdaşlarımızın daxili işlərinə qarışmaq kimi şərh oluna biləcək hərəkətlərə yol verməsin» – deyə, Peskov fikrini tamamlayıb.

BIR CAVAB BURAXIN