Azərbaycan kommunisti: “Türkiyə onların kökünü kəsməlidir”

0
665

Bildiyiniz kimi, Bəşər Əsəd rejimi hələ 2012-ci ilin iyulunda Afrini döyüşsüz PKK terrorçu təşkilatının Suriya qanadı YPG-yə təslim edəndən sonra bölgə fəal terror mərkəzinə çevrilib.

Arazinfo.com-un verdiyi məlumata görə, bu fikirləri Teleqraf.com-a verdiyi açıqlamasında Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov türkiyənin Afrin əməliyyatını şərh edərkən deyib.

Abdinov əməliyyatın artıq vacib olduğunu, bunun üçün vaxt yetişdiyini bildirib:

“Buradakı Amos dağ silsiləsi terrorçuların təbii sığınacaq yeri idi. Türkiyə ərazisinə terrorçu dəstələr göndərmək üçün PKK/YPG bu sərt dağ silsiləsindən istifadə edirdi. Ən təhlükəlisi o idi ki, PKK/YPG-ni beynəlxalq imperializmin mərkəzi ABŞ dəstəkləyir və onun qanlı terrorçularından istifadə etməklə, Türkiyənin cənub sərhədi boyunca İraqdan Aralıq dənizi sahilinədək terror qurşağı yaratmağı nəzərdə tuturdu. Bu da qardaş Türkiyənin ərəb aləmi ilə əlaqəsini kəscəkdi, onun təhlükəsizliyinə və geosiyasi maraqlarına zərbə idi. Vəziyyət o həddə çatmışdı ki, ABŞ-ın dəstəklədiyi PKK/YPG terrorçuları Türkiyə-Suriya sərhədinin 65 faizinə nəzarət edirdi. Bundan da ABŞ-ın sui-istifadə edəcəyi şübhəsiz idi”.

O xatırladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Zeytun budağı” əməliyyatının başlayacağını və bir həftədən sonra start götürəcəyini yanvarın 13-də bəyan edib:

“Suriyanın şimalında, Afrin bölgəsinin səmasına Rusiya aviasiyası nəzarət edir. Bundan əlavə, Suriya və Rusiya hava hücumundan müdafiə sistemləri Türkiyə hərbi aviasiyasının Suriya hava məkanının bu hissəsində sərbəst hərəkət etməsinə şərait yaratmalı idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefon danışığı başlanacaq əməliyyatın təməli oldu. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının və Milli İstihbarat Təşkilatı rəhbərlərinin Moskva səfərində razılaşma əldə olundu və bundan sonra Türkiyə Silahlı Qüvvələrinin Afrin bölgəsində müxalif silahlı təşkilat – Azad Suriya Ordusu (ASO) ilə birlikdə antiterror əməliyyatı – “Zeytun budağı”na start verildi. Rusiya hadisələrin gedişinə kənardan müdaxilə etməməyə çağırıb”.

Kommunist qeyd edib ki, ASO Türkiyə xüsusi təyinatlı qoşunlarının və komandanlığının köməyi ilə bölgəyə daxil olaraq əməliyyata start verib:

“Zeytun sülh, əmin-amanlıq rəmzidir, bununla da Türkiyə Afrində yaşayan kürdlərə, ərəblərə və türkmənlərə sülh əli uzadır. Həm də Türkiyə ordusu Afrinin dinc əhalisinə dəyə biləcək ziyanı minimuma endirmək üçün əlindən gələni edir.

Türkiyə Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşır, əməliyyat keçirməklə yalnız terrorçuları və onların obyektlərini məhv etmək və öz sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədi güdür. Türkiyə bu əməliyyatı keçirməkdə həm də ona görə haqlıdır ki, onun atdığı addım beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının terrorizmlə mübarizə məsələlərinə dair qətnamələrinə və BMT Nizamnaməsinin fərdi, yaxud kollektiv özünümüdafiə hüququ barədə 51-ci maddəsinə tam uyğundur. Bundan əlavə, hərbi əməliyyat ərəfəsində rəsmi Ankara Suriyaya marağı olan ABŞ, Rusiya, İran, Dəməşq, həmçinin digər aparıcı və qonşu ölkələri məlumatlandırıb”.

Ədalət Abdinov daha sonra kommunistlərin mövqeyini açıqlayıb:

“Azərbaycan kommunistlərin mövqeyi belədir ki, diplomatiyanı, siyasi həlli ön plana şəkmək şərtilə, Türkiyə sərhədlərinin ABŞ tərəfindən qaynaqlanan təhdid dalğasının qarşısını almaq üçün bu, doğru əməliyyatdır. Öz məqsədi naminə digər ölkələrə gərginlik ixrac edən və dünyada müharibə ocaqlarının yaranmasında maraqlı olan ABŞ-ın ortağının kökü kəsilməlidir”.

BIR CAVAB BURAXIN