Avstriyalı xanımın bomjla maraqlı məhəbbət macərası

0
728

Niderlandın paytaxtı Amsterdama səyahəti zamanı bomja aşiq olub evlənən qadın sevgi hekayəsi ilə hamının marağına səbəb olub.

41 yaşlı Emmi Abrahamson başına gələnləri “The Sun”a belə nəql edib:

“2006-cı ildə Amsterdama səfər etmişdim. Gəzintimiz zamanı bir nəfər mənə yaxınlaşdı. Qəhvəyi gözləri çox diqqətimi çəkmişdi. Saçlarından və geyimindən küçədə yaşadığını anladım. Xüsusilə də, əlləri və dırnaqları çox çirkliydi. Ancaq fikrim qəhvəyi gözlərində qalmışdı. 10 dəqiqə söhbət etdik, özümü çox xoşbəxt hiss etdim və məni güldürməyi bacardı”.

Daha sonra Vyanaya geri qayıdan Emmi yeni tanış olduğu Viki bir də görməyəcəyini zənn edir. Ancaq 3 həftə sonra gözlənilən zəng gəlib. Sən demə, Vik Emmini tapmaq üçün Avstriyaya gedib.

Bir-birini tamamladıqlarını düşünən Emmi və Vik bir müddət sonra evlənmək qərarına gəlir. Artıq 10 ildir, evli olan cütlüyün 6 ayında əkiz qız övladları var.

Hazırda Vik elektrik mühəndisliyi fakültəsində təhsil alır və Emminin inamı sayəsində ikinci dəfə həyata tutunduğunu açıqlayıb.

Qafqazinfo


BIR CAVAB BURAXIN