AVROPA TRAMPA “YOX” DEYƏ BİLƏCƏKMİ? – ”Yuxudan ayılın…”

0
499

11

İtaliya hökumətinin başçısı Matteo Renzinin istefasından sonra növbəti şok keçirdiyi bir vaxtda Avropanın hər hansı bir yeni sıçrayış etməsini gözləmək tamamilə qeyri real görünür. Donald Trampın prezident seçilməsi ilə əlaqədar dünya yeni dəyişiklər ərəfəsində olduğu üçün bu gün məhz elə bu cür sıçrayışlar çatışmır.

Artıq bir aydır ki, hamı yeni administrasiyanın həyata keçirəcəyi xarici siyasətin necə olacağını tapmaq ümidiylə Nyu-Yorkdakı Tramp qülləsini müşahidə edir. Çıxarılan nəticə belədir: hələ heç nə bəlli deyil. Trampın əsas aparıcı vəzifələrə təyinatlar etməsi və həmçinin də onun diplomatik arenadakı ilk addımları vəziyyətin bundan da pis ola biləcəyi narahatlığını doğurur.

Hazırkı problemlərin və predmetin nədən ibarət olduğunu anlamamaq və hər şeyi yalnız öz intuisiyası və xarakterinə inam üzərində qurması, onun prezident postundakı ilk addımlarının sensasiyalı və həyəcanverici olmasından xəbər verir (Bunu onun Tvitter səhifəsindən də görmək olar).

Hətta əgər o, özünün seçkiqabağı vədlərinin bəzisini -məsələn, “Obamacare” və müsəlmanların ABŞ-a gəlişinə qadağa qoyulmasını yumşaltsa da, artıq onun onsuz da qeyri-sabit və təhlükəli vəziyyətə gəlmiş dünya üçün düzgün istiqamətdə böyük təsir göstərə biləcəyi gözlənilir.

Əsasən bu İranın nüvə problemi və iqlimlə bağlı problemdir. Buraya, yüksələn böyük dövlət Çinlə münasibətləri də əlavə etmək olar. Trampın Tvitterdə yazdığından belə anlamaq olar ki, o, Tayvanın tərəfini tutaraq, Pekinə doğru hücumlara başlayıb.

– Seçkilərin gəlişi

Avropa onu təqib edən Brexit, mərkəzi Avropa ölkələrindəki fronda, miqrasiya böhranı, Türkiyə ilə münasibətlər, İtaliya böhranı və sairə kimi çətinliklər arasında onun iştirakı olmadan dünyanın necə dəyişdiyini və onun maraqları ilə artıq hesablaşılmadığını başa düşənə kimi yuxudan ayılmalıdır.

AB daha cəld hərəkət etməlidir. 20 yanvarda Donald Tramp prezident kimi fəaliyyətə başlayacaq. Trampın siyasi baxışları AB-nin maraqları ilə ziddiyyət təşkil etdiyi zaman AB yeni administrasiyaya qarşı necə müqavimət göstərə biləcəyinə qərar verməlidir. Barak Obamanın dediyi kimi Avropa Birliyi özünün əsas müttəfiqi ABŞ-ın daha irəliyə getməməsi üçün “qırmızı xətt” çəkməlidir.

Fransa və Almaniya üçün bu ilk dəfə olmayacaq. Onlar artıq Buş administrasiyasının 2003-cü ildəki avantürasına rədd cavabı veriblər. Onda Toni Bleyerin rəhbərliyi altında Böyük Britaniya və həmçinin də Mərkəzi və Şərqi Avropa bir cərgədə Vaşinqtonun arxasında durmuşdular.

Lakin görəsən Avropa yenidən yox deyə biləcəkmi? Bütün 28 ölkə və ya 27? Çünki Böyük Britaniyanın satqınlığından sonra o, artıq kənarda dayanıb. Ümumi yekunda bəlkə də yalnız 2 və 3 ölkə?

Avropanın sınaq yoxlaması çox tez gələ bilər. Avropanın siyası təqviminə baxanda o, əsas ölkələrdə keçiriləcək seçkilərin (Hollandiyada 2017 mart, Fransada may, Almaniyada oktyabrda) “girovu”na çevrilib. Biz İtaliydakı qeyri-müəyyən vəziyyəti hesaba qatmırıq. Bu tədbirlər mühüm strateji qərarların ələ alınmasına mane olur.

– İran sınaq testi

İran Tramp kampaniyasının test sınağından biridir. Biz bilirik ki, seçki kampaniyası dövründə Tramp 2015-ci ildə Tehran ilə bağlanmış müqaviləni fəlakətli hesab edərək, onu çırıb atacağına söz verib.

O, ilk olaraq əsas vəzifələrə İrana qarşı düşmən münasibətində olan adamları təyin edib. Milli təhlükəsizlik məsələləri üzrə müşavir Maykl Flinn, dəniz piyadası olmuş Ceyms Mattis müdafiə naziri və nəhayət, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeodur. Mayk Pompeo bu yaxınlarda Tramp kimi İranla bağlanmış nüvə müqaviləsini “fəlakətli” adlandırıb.

Hələ Vaşinqtondakı administrasiyanın dəyişməsinə qədər, respublikaçıların çoxluq təşkil etdiyi Konqres Tehrana qarşı yeni sanksiyalara səs verib. Əlbəttə ki, prezident Obama bunu imzalamayacaq, ancaq Tramp yanvarda prezident olandan sonra həmin sanksiyaları imzalaya bilər.

Tramp administrasiyası müqavilənin şərtlərinə baxması üçün digər ölkələrin – Fransanın, Almaniyanın, Böyük Britaniyanın, Rusiyanın və Çinin imzasını almayacaq. Bu müqavilənin bağlanması üçün çox illər tələb olunub və indi BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsi onun təminatçısıdır. Hətta müqavilənin şərtlərini sərtləşdirilməsini tələb etdiyinə görə onun imzalanmasını geciktirən Fransa da buna getməyəcək.

Amma ABŞ, birtərəfli qaydada yeni sanksiyalar tətbiq edərək, bunun həyata keçirilməsini əngəlləyə bilər (sabotaj). Və ya sadəcə olaraq, BNP ilə olduğu kimi, Tehranla əlaqəsi olan şirkətləri cavab tədbirləri ilə qoxuda bilər. 2015-ci ildə müqavilə imzalana qədər fransız bankı İranla əməliyyat apardığına görə 8,9 milyard dollar cərimə olunmuşdu. Bu isə çoxsaylı şirkətləri qorxuda bilər.

Baş verənlərdən narahatçılıq keçirən iranlılar artıq avropalılara və xüsusən də müqaviləni imzalayan fransızlara və almanalara Vaşinqtona qarşı çıxmağa çağırışlar göndərirlər.

İranla müqaviləni saxlamaq lazımdırmı?

Trampın ətrafında və bu müqaviləni heç vaxt müdafiə etməyən İsraildə bu müqavilədə nəzərdə tutulan öhdəliklər yerinə yetirilməyib. Söhbət Yaxın Şərqlə bağlı İran ekstremizminin qarşısının alınmasından gedir. Belə ki, İranın İnqlab Keşikçiləri Korpusu Suriya, İraq və Yəməndə əvvəlkindən də artıq şəkildə aktivləşiblər.

Ancaq avropalılar buna başqa cür yanaşırlar. İranla vəziyyətin bütün mürəkkəbliyini yaxşı bilərək, onlar hesab edirlər ki, bu müqavilə qaynayan Yaxın Şərqdə yeganə müsbət məqamdır. Və onun uğursuzluğa düçar olması İnqliab Keşikçilərinin, radikalların qələbəsinə gətirib çıxaracaq. Onların marağında hətta ABŞ-ın iştirakı olmadan da müqavilənin qüvvədə qalmasıdır.

Avropalıların onlara aid olan məsələlərdə (hansıki Avropa Birliyinin xarici məsələlər üzrə yüksək təmsilçisi kimi danışıqları Fedrika Moqerini aparır) Amerikan administrasiyasına qarşı siyasi iradə qoya biləcəyi və bacarığı çatacaqmı?

Birmənalı heç nə söyləmək olmaz. Son 10 il ərzində bütün məsələlərdə avropalılar ABŞ-la demək olar ki, eyni gücdə olublar. 2008-ci ildə Nikola Sarkozinin qərarı ilə Fransa NATO-nun hərbi strukturuna qayıdanda da belə olmuşdu.

– “Təkcə Amerika”

Amerikanı yaxşı tanıyanlardan biri bir neçə gün əvvəl söyləyirdi ki, Tramp ”Hər şeydən öncə Amerika” deyəndə “yalnız Amerika” nəzərdə tutulur. Bu yalnız öz müttəfiqlərinə etinasız yanaşan və onların düşüncələrinə, istəklərinə etinasız yanaşan Amerikanın nöqteyi-nəzərinin ifadəsidir. Və bu etinasızlıq xüsusən də problemlər girdabındakı “qoca” Avropaya qarşıdır. Trampın avropalılara məsləhəti belədir: ”Yuxudan ayılın və sizin səsinizin Vaşinqtonda eşidiləcəyinə ümid bəsləməyin”.

Ancaq təəssüf ki, Tramp avropalıların indiki düşdükləri burulğanlar içərisində hər hansı sıçrayış nümayiş etdirmək üçün bir araya gəlmək iqtidarında olduqlarına da tam əmin deyil. Əgər belədirəsə, onda Avropa Birliyinin üzv ölkələri bunu yerinə yetirmək gücündə olduqlarını göstərməyə borcludurlar.

(Lobs-Fransa)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

one × 4 =