Avropa Şurası Türkiyəyə xəbərdarlıq etdi

0
608

Avropa Şurası Türkiyəyə edam cəzasının bərpa edilməməsi üçün xəbərdarlıq edib.

Türkiyənin 675 və 676 saylı qanun hökmündə 10 mindən çox insanın cəmiyyətdən xaric etməsini və prezident Rəcəb Tayyib Ərdoğanın bir gün əvvəl parlamentdən edam cəzasının geri gətirilməsini düşünmələrini istəyəcəyi açıqlamasının ardından gəlib.

Türkiyənin də üzvü olduğu şuranın sözcüsü Daniel Holtgen: “Edam cəzasının tətbiqi Avropa Şurası üzvlüyü ilə uyğun gəlməz”, deyə açıqlama verib.

Türkiyə edam cəzasını Avropa Birliyi üzvlüyü dövründə 2004-ci ildə ləğv etmişdi. Avropa Şurasının baş katibi Torbyorn Yaqland Ankaraya edam cəzası ilə əlaqədar olaraq avqust ayında xəbərdarlıq etmiş, bunun Türkiyənin də imzası olduğu İnsan Haqları Bəyannaməsinə zidd olduğunu bildirmişdi.

Türkiyədə edam cəzası 15 iyul çevriliş cəhdindən sonra hökumətin on minlərlə dövlət qulluqçusunu işdən azad etməsi və çevriliş cəhdi ilə əlaqəli olduğu ittihamı ilə 35 mindən çox insanın həbsi sonrası yenidən gündəmə gəlib.

Nəzərinizə çatdıraq ki, Ankaranın AB-yə tam üzvlük prosesi 2005-ci ildə başlayıb. Həmin ildən bəri birlik tam üzvlük prosesinin tamamlanması üçün lazım olan 35 fəsildan 15-ini müzakirəyə çıxarmış, ancaq bu günə qədər yalnız bir dənəsi müvəffəqiyyətlə tamamlana bilib.

BIR CAVAB BURAXIN