AVRO-2017: Şahmatçılarımız Ermənistanı məğlub etdi

0
530

Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa çempionatının altıncı turu keçirilib.

 

Kişilərdən ibarət yığmamız Ermənistan, xanım şahmatçılarımız isə Rumıniya millisi ilə qarşılaşıblar.

 

Kişilərdən ibarət yığmamız Teymur Rəcəbov və Rauf Məmmədovun qələbələri sayəsində Ermənistanı 2,5:1,5 hesabı ilə məğlub edib.  Arkadiy Naydiç rəqibi ilə heç-heçə edib. Şəhriyar Məmmədyarov isə Levon Aronyana uduzub.

 

Qadınlardan ibarət yığmamız isə Rumıniyaya 1,5:2,5 hesabı ilə məğlub olub.

 

Hazırda ümumi hesabda kişilərdən ibarət yığmamız 9 xalla 3-cü,  qadınlar isə 6 xalla 14-cü pillədə qərarlaşıblar. Apa

BIR CAVAB BURAXIN