Rusiyanın Qarabağa görə Bakıya – Üç sensasion şərti

0
731


Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərti var. Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır. İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu feysbuk səhifəsindən paylaşıb. E.Şahinoğlu “etibarlı qaynaqdan” əldə etdiyini bildirdiyi bu informasiyadakı sözügedən 3 şərti “çox ağır şərtlər” adlandırıb:

“Birinci şərti müəyyən istisnalarla yerinə yetirmək mümkündür, o biri iki şərt Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Başqa məlumatlar da var. “Atlas” Araşdırmalar Mərkəzi geniş təhlil hazırlayır…”

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti R.T.Ərdoğanın Qarabağ probleminin həlli ilə bağlı Rusiya Prezidenti Putinlə görüşəcəyi ilə bağlı mediada informasiya yayılıb.

 

BIR CAVAB BURAXIN