ATV-dən yeni addım: SUBAY QIZLAR…

0
623

ATV-nin tanınmış və sevilən aparıcısı Mətanət Əliverdiyeva yeni layihə olan realiti-şou da tamaşaçıların qarşısına çıxacaq.

 

Bu barədə Publika.az-a aparıcı özü məlumat verib. “SOY prodakşn” tərəfindən hazırlanan layihə həftə içi beş gün yayımlanacaq.

 

Proqramda beş subay qız yarışacaq. Qalib gələn xanım hər cür cehizlə təmin olunacaq: “Yarışmaya qatılan qızlar kartof soyub, pəncərə silib, inək sağacaq. Bir sözlə, bütün çətin ev işlərində məharətlərini göstərəcəklər. Buyurub realiti-şoumuzda iştirak edə bilərlər-yaş məhdudiyyəti yoxdur. Bir tələbimiz var, subay olsunlar”.

 

Qeyd edək ki, xüsusi olaraq bu realiti-şou üçün şəhərdəki nəhəng villalardan biri icarə götürülüb və yarışma orada keçiriləcək.

 

Realiti-şouya oktyabr ayında start veriləcək.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

13 + six =