ATV-də yayım kəsildi, süjet efirə getmədi

0
703

ATV kanalının xəbərlər proqramında aparıcı xəbərləri oxusa da, süjetlər efirə getməyib.

 

Axar.az A24.az-a istinadən xəbər verir ki, aparıcı “Dünənki yağış getsin gəlməsin. Bu mənzərəyə başqa ad vermək olmur. Dünənki yağış aydınlıqdan başqa hər şey gətirdi. Həyətdə qalıb çıxa bilməyənlər də oldu. Köməyə xilasedicilər gəldi. Elə ATV də onlarla birgə prosesi lentə alıb”, – deyəndən sonra bir qədər gözləsə də, süjet yayımlanmayıb. O, tamaşaçılardan üzr istəyərək növbəti reportajı təqdim edəcəklərini deyib və sıradakı məlumatı oxumağa başlayıb. Lakin bu süjet də efirə getməyib.

 

Aparıcı Zığ ərazisində yaranan sürüşmə haqda xəbərin reportajını təqdim etmək istəsə də, bu süjet də efirə yol tapa bilməyib. Bundan sonra xəbərlər proqramında reklam fasiləsi olub.

BIR CAVAB BURAXIN