“Atletiko” Karraskonun qiymətini açıqladı

0
701

“Atletiko”nun futbolçusu Yannik Karrasko karyerasını İngiltərədə davam etdirməyə çox yaxındı. Arazinfo.com Apasport.az saytına istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçinin xidmətində Premyer Liqanın iki klubu maraqlıdı.

Söhbət “Çelsi” və “Mançester Yunayted”dən gedir. “Atletiko”nun baş məşqçisi Dieqo Simeone rəhbərliklə söhbətində Karraskonun yanvarda gedişinə qarşı olmadığını bildirib.

Bundan sonra ispanlar 24 yaşlı futbolçu ilə yolları ayırmağa razılaşıblar. Ancaq keçidin baş tutması üçün Karraskonu istəyən klub 100 milyon avro xərcləməlidi.

Qeyd edək ki, Yannik Karrasko “Atletiko”ya 2015-ci ildə “Monako”dan keçib.

BIR CAVAB BURAXIN