“AtaBank” I qrup əlilin obyektini mənimsəmək istəyir

0
395

Azərbaycanda daha bir vətəndaş-bank dramı yaşanır. Bu dəfə “AtaBank” ondan daşınmaz əmlak girov qoyub kredit götürən vətəndaşın obyektini mənimsəmək istəyir.  Hansı ki, həmin obyektin indiki bazar dəyəri faizlərlə birlikdə kreditin məbləğindən dəfələrlə çoxdur. Bu şikayətlə virtualaz.org-un redaksiyasına Bakı sakini, I qrup əlil Xəyyam Nuriyev müraciət edib.

X.Nuriyev bildirir ki, 2 dəfə böyrək köçürülməsi əməliyyatı keçirib və bu əməliyyatların xərclərini ödəmək üçün “AtaBank”dan 200 min manat kredit götürüb. Əvəzində banka dəyəri kreditin məbləğindən dəfələrlə artıq olan daşınmaz əmlak girov qoyub.

X.Nuriyev xəstəliyinə görə həmin krediti vaxtında qaytara bilmədiyindən üzərinə daha 50 min manat faiz gəlib və banka 250 min manat borcu yaranıb.

Bank yaranmış borca görə dəyəri 800-900 min manata yaxın olan obyekti satışa çıxarıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twelve + eight =