AŞPA Rusiyadan Donbasa hərbi dəstəyi dayandırmağı tələb edir

0
605

 

Avropa Şurası Parlament Assambleyası “Ukraynada müharibənin humanitar nəticələri haqqında” qətnamə qəbul edib. Arazinfo.com Ria.novosti-yə istinadən xəbər verir ki, qətnamədə Rusiyadan tanınmamış Donetsk və Luqansk xalq respublikasına maliyyə və hərbi dəstəyi dayandırmağı tələb edilib. Qətnamənin müəlifi litvalı deputat Игидиус Варейкисdir.

Qeyd edək ki, Rusiya nümayəndə heyəti son üç ildə olduğu kimi, sessiyanın işində iştirak etmir. Buna səbəb 2014-2015-ci illərdə Krımı işğal etməyə görə, rusiyalı parlamentarilərin səsvermə hüquqlarından məhrum edilmələridir.
Qətnamədə qeyd edilib ki, Rusiya işğal etdiyi ərazilərdə yaşayan əhaliyə
vətəndaşlıq hüququ barədə sənəd verməyi dərhal dayandırmalıdır.
Sənəddə həmçinin itkin düşmüş şəxslərin probleminin həlli üçün birgə işçi qrupunun yaradılması, əsir və girovların azad edilməsi və dəyişdirilməsinin vacibliyi vurğulanıb..

Rusiyadan həmçinin Krımda insan hüquqlarına riayət etmək,Tatar Milli Məclisinin üzvlərinə, o cümlədən beynəlxalq təşkilatların nümayəndələrinə Krıma sərbəst giriş-çıxışa imkan verilməsi tələb edilib

BIR CAVAB BURAXIN