“Apple” “iPhone 4”dən imtina edir

0
606

“Apple” şirkəti “iPhone 4” smartfon modelinin və “iPod Classic” portativ media pleyerinin proqram dəstəklənməsini sentyabrın 13-dən etibarən rəsmən dayandıracaq.

 

Bununla bağlı qərar mobil qurğuların sayının artması, eləcə də texnologiyaların gündəlik yenilənməsi ilə əlaqədar qəbul edilib. “Apple” nümayəndələrinin sözlərinə görə, köhnə qurğuların istehsalının baha olmasına görə onları dəstəkləmək iqtisadi baxımdan sərfəli deyil.

 

Qeyd edək ki, “iPhone 4” və “iPod Classic” qurğularının istehsalı beş il əvvəl dayandırılıb. Hazırda “Apple” qurğuların təmirini qanunauyğun olaraq daha 2 il müddətinə yalnız Kaliforniyada həyata keçirəcək.

Publika.az

BIR CAVAB BURAXIN