Andrey Şevçenko: “Ukrayna yığması azərkeşlərin etimadını qazanmalıdır”

0
660

Ukrayna yığma komandasının baş məşqçisi Andrey Şevçenko əsas məqsədlərinin yüksək yerlər uğrunda mübarizə aparmaq olduğunu söyləyib. O, komandasının gələcək planları haqqında danışarkən qeyd edib ki, onlar dünya çempionatının finalına vəsiqə qazanmaq niyyətindədirlər. Andrey Şevçenko: “Bizim mövcud potensialımız dünya çempionatının finalına vəsiqə qazanmağa imkan verir. Bunun üçün oyunçuların imkanlarından maksimum istifadə etməyi bacarmaq lazım gələcək. Belə hesab edirəm ki, futbol üzrə Ukrayna yığması gözəl oyunu ilə yenıdən azarkeşlərin etimadını qazanmalıdır. Əlbəttə, komandamızda müəyyən problemlər mövcuddur. Bu da yığma komandamızın əksər oyunçularının öz klublarında əsas heyətdə az-az meydana çıxmalarıdır. Mən bunun səbəblərini başa düşməkdə çətinlik çəkirəm… Bununla bağlı bir neçə mətbuat konfransı çağırıb izahat versəm, yenə də az olacaq. Yığma komandamızın oyunçularının əsas problemi öz komandalarında oyun praktikasının az olmasıdır. Bu da yığma komandamızın yaxşı oyun göstərməsinə mane olur”,- deyib.

Şevçenko İslandiya yığması ıli keçiriləcək yoldaşlıq oyununa 32 oyunçu çağırdığını və onlardan ən yaxşı 11-ni əsas heyətdə meydana buraxacağını da xüsusi vurğulayıb.

BIR CAVAB BURAXIN