Anası öldürülən 4 yaşlı azərbaycanlı uşaq Bağdaddan Bakıya gətirildi

0
574
 

İraqda “İslam Dövləti”nin darmadağın edilməsindən (hələlik tam başa çatdırılmamış) sonra bütün ölkələrdə ora valideynləri tərəfindən aparılmış və ya orada doğulmuş uşaqlar məsələsini daha fəal şəkildə müzakirə etməyə başladılar.

Mövzunu Rusiyada, Türkiyədə, Azərbaycanda və başqa ölkələrdə müzakirə edirlər. Körpələrdən əksəriyyəti valideynlərini, bəziləri isə hətta doğma qardaş və bacılarını da itiriblər. Amma Azərbaycan öz uşaqlarını atmır.

İnternetdə İraqdakı uşaq evlərindən birinə gətirilmiş dördyaşlı azərbaycanlı Abdulla ilə bağlı videomaterial peyda olandan dərhal sonra Azərbaycan səfirliyinin konsulu Zəbi Axundov həmin uşağın vətənə göndərilməsini təşkil etmək üçün bütün gücünü sərf etdi.

Və budur, virtualaz.org-a məlum olub ki, həmin uşağın bortunda olduğu təyyarə  Bakıya enib. Uşağın uçuş xərcini ölkənin Xarici İşlər Nazirliyi ödəyib.

 

BIR CAVAB BURAXIN